Ders Açık Erişim
Həsən Nağıyev
İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi dövrümüzdə veb tətbiqlərin hazırlanması müasir proqramçıların əsas fəaliyyət sahələrindən birinə çevrilmişdir. Veb texnologiyalar sadəcə statik səhifələrin hazırlanması ilə məhdudlaşmır, əksinə, dinamik, funksional, istifadəçi yönümlü və təhlükəsiz tətbiqlərin yaradılmasını tələb edir. Bu kitab, veb proqramlaşdırmanın məhz bu tələblərinə cavab verən bir mühit — Python dili və Django mühiti üzərində qurulmuş veb tətbiqlərin hazırlanması texnologiyalarını sistemli şəkildə izah etmək məqsədilə hazırlanmışdır.
Kitabda müasir veb proqramlaşdırmanın əsas komponentləri — freymvörklər, server və kliyent texnologiyaları, verilənlər bazaları, şablon qurmaq üçün sistemləri izah olunmuş, nümunələrlə dəstəklənmiş və praktik tətbiqlərlə zənginləşdirilmişdir. Django mühiti seçilərək, oxucunun real tətbiqlərlə işləmə vərdişlərini inkişaf etdirməsinə və sıfırdan tam funksional veb saytlar hazırlamasına şərait yaradılır.
Əsər təkcə nəzəriyyəyə deyil, həm də əməli bacarıqların formalaşmasına yönəldilmişdir. Burada Python və Django-nun quraşdırılması, layihə strukturu, modellərin yaradılması, admin panelin idarə edilməsi, URL yönləndirmə, şablonların hazırlanması, formaların istifadə qaydaları izah olunmuşdur.
Bu kitab ali təhsil müəssisələrinin tələbələri, proqramlaşdırma sahəsində çalışan mütəxəssislər, müəllimlər və veb texnologiyalarla maraqlanan bütün oxucular üçün faydalı olacaqdır.
| Dosya adı | Boyutu | |
|---|---|---|
|
WSHT_Muhazire_27_05_2021.pdf
md5:1590e8e6d328757862a986b3c119c1b6 |
2.3 MB | İndir |
| Tüm sürümler | Bu sürüm | |
|---|---|---|
| Görüntülenme | 0 | 0 |
| İndirme | 0 | 0 |
| Veri hacmi | 0 Bytes | 0 Bytes |
| Tekil görüntülenme | 0 | 0 |
| Tekil indirme | 0 | 0 |